Lamiyə Vəliyeva Yaponiyada da dünya çempionu adını qazandı!
Azərbaycan paraatleti Lamiyə Vəliyeva Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.
Mediasport.az xəbər verir ki, idmançımız mundialda T13 kateqoriyasında 100 metr məsafəyə qaçış üzrə finişə 11.94 saniyəyə çataraq bütün rəqiblərini geridə qoyub.
Bu, 22 yaşlı Paralimpiya çempionumuzun ümumilikdə üçüncü dünya çempionluğudur.
Lamiyə Vəliyeva ötən il Parisdə təşkil edilən dünya çempionatında da 100 metr və 400 metr məsafəyə qaçış üzrə qızıl medala sahib çıxmışdı.