"Zirə" bu oyunda yeni həll yolları tapmağa çalışacaq" - Dambrauskas

"Zirə" bu oyunda yeni həll yolları tapmağa çalışacaq" - Dambrauskas

"Omoniya" UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinin cavab matçında təmsilçimiz "Zirə"nin qonağı olacaq.

Mediasport.az xəbər verir ki, Kipr klubunun baş məşqçisi Valdas Dambrauskas oyundan əvvəl baş tutan mətbuat konfransında iştirak edib:

"Qonaqpərvərliyinizə görə sizə təşəkkür edirəm. Hər şey çox yüksək səviyyədədir. Məncə, maraqlı qarşılaşma olacaq. İkinci matç birincidən fərqlənir. Artıq demək olar ki, rəqiblər də bir-birini tanıyırlar. "Zirə" bu oyunda yeni həll yolları tapmağa çalışacaq. Biz yaxşı oynamağa çalışacağıq".