Azərbaycan yığması Türkiyədə keçirilən turnirdə qol vura bilmədi
16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Türkiyənin Ərzurum şəhərində təşkil olunan “U-16 Türkdilli Ölkələr Turniri”ndə sonuncu oyununu keçirib.
Mediasport.az xəbər verir ki, U-16 Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə beşinci yer uğrunda görüşdə qarşılaşıb.
Matçın 90 dəqiqəsi qolsuz bərabərliklə yekunlaşdığından qalib penaltilər seriyası ilə müəyyənləşib.
Qırğızıstan seçməsi həlledici zərbələrdə daha dəqiq olub - 4:2.
Azərbaycan yığması turniri qol vurmadan tərk edib.
Komandamız əvvəlki görüşlərdə Türkmənistan (0:3) və Türkiyə seçmələrinə uduzub (0:6).