Santuşun millimizin heyətini açıqlayacağı tarix məlum oldu
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçiriləcək.
Mediasport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis yığmamızın UEFA Millətlər Liqasınının qarşıdakı matçları üçün heyətini açıqlayacaq.
Mətbuat konfransı noyabrın 8-də, saat 12:00-da AFFA-nın inzibati binasında təşkil olunacaq.
Xatırladaq ki, komandamız noyabrın 16-da Qəbələdə Estoniya, 19-da isə səfərdə İsveç yığması ilə qarşılaşacaq.