“Qəbələ” “Zirə”ni, "Neftçi" "Sumqayıt"ı məğlub etdi - Premyer Liqa

 “Qəbələ” “Zirə”ni, "Neftçi" "Sumqayıt"ı məğlub etdi - Premyer Liqa

Bu gün Azərbaycan Premyer Liqasında 5-ci turun daha iki görüşü keçirilib.

Mediasport.az xəbər verir ki, günün ilk matçı Qəbələdə baş tutub.

Mövsümdə keçirdiyi 4 oyunun hamısında məğlub olan Elmar Baxşıyevin "Qəbələ"si cari çempionatda ilk xallar və qələbəsini liderlə dueldə ələd edib.

Sumqayıtın eyniadlı təmsilçisi doğma meydanda "Neftçi" ilə qarşılaşıb. Qonaqlar yeni transfer Diqeo Valdesin yeganə qolu ilə səfərdən 3 xalla qayıdıblar.

Turun qalan iki matçı ("Kəpəz" - "Araz-Naxçıvan" və "Səbail" - "Qarabağ") sabah oynanılacaq.


Azərbaycan Pemyer Liqası. 5-ci tur


“Qəbələ” – “Zirə” 1:0

Qol: Rauf Hüseynli 20.

Hakimlər: Cavid Cəlilov, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Qəbələ. Şəhər stadionu



"Sumqayıt" - "Neftçi" 0:1

Qol: Dieqo Valdes, 74.

Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Kamal Umudlu

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: Elçin Məmmədov

Sumqayıt. “Kapital Bank Arena”

1 Zirə 5 4 0 1 5-2 12
2 Turan Tovuz 5 3 0 2 9-6 9
3 Neftçi 5 2 2 1 5-3 8
4 Sumqayıt 4 2 1 1 7-4 7
5 Qarabağ 4 2 1 1 6-3 7
6 Sabah 4 1 1 2 6-5 4
7 Səbail 4 1 1 2 6-8 4
8 Araz-Naxçıvan 4 1 1 2 4-6 4
9 Kəpəz 4 1 1 2 2-4 4
10 Qəbələ 5 1 0 4 2-11 3

Bombardirlər:

Martin Petkov ("Turan Tovuz") - 3 qol
Adama Diakabi ("Qarabağ") - 2 qol
Abdullah Zubir ("Qarabağ") - 2 qol
Olavio Juninyo ("Qarabağ") - 2 qol
Rövlan Muradov ("Sumqayıt") - 2 qol
Belajdi Pusi ("Turan Tovuz") - 2 qol
Roderik Miller ("Turan Tovuz") - 2 qol