"Qarabağ" və "Sumqayıt" klublarına texniki məğlubiyyət verildi

  "Qarabağ" və "Sumqayıt" klublarına texniki məğlubiyyət verildi

Əvəzedicilər liqasında 10-cu turun iki oyununun nəticəsi ləğv edilib.

Mediasport.az xəbər verir ki, "Kəpəz-2" - "Qarabağ-2" oyununda Ağdam təmsilçisi futbolçu limitinin pozub. 

Buna görə "Qarabağ"ın əvəzedicilərinə 0:3 hesablı texniki məğlubiyyət verilib. Klub 400 manat cərimə edilib.

"Sumqayıt-2" - "Turan Tovuz-2" matçında isə meydan sahibləri legioner limitini pozub.

Buna görə də "Sumqayıt"ın ikinci komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib. Klub 400 manat cərimələnib.