"Neftçi"də yeni hücumçu - RƏSMİ

"Neftçi"də yeni hücumçu - RƏSMİ

"Neftçi" qambiyalı hücumçu Dembo Darbonu transfer edib.

Mediasport.az xəbər verir ki, forvardla iki illik müqavilə imzalanıb.

Dembo müqavilə ilə "Əl-Nəsr"ə məxsus olsa da, icarə əsasında "Astana" və "Ordabaşı"da (hər ikisi Qazaxıstan) çıxış edib.

O, vaxtilə "ağ-qaralar"ın hazırkı baş məşqçisi Roman Qriqorçukun rəhbərliyi altında "Şaxtyor"da (Soliqorsk) da oynayıb.

Dembo Qambiya milli komandasında 5 oyun keçirib.