"Şamaxı" 1-ci Liqa klubuna qarşı
UEFA Millətlər Liqasının oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilədən istifadə edən “Şamaxı” yoxlama oyunu keçirəcək.
Mediasport.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu bölgə təmsilçisi 1-ci Liqa klubu MOİK-lə qarşılaşacaq.
Görüş noyabrın 17-si, saat 15:00-da Şamaxı şəhər stadionunda baş tutacaq.