1-ci və 2-ci Liqada çıxış edən klubların maliyyə menecerləri AFFA-da toplanıb

  1-ci və 2-ci Liqada çıxış edən klubların maliyyə menecerləri AFFA-da toplanıb

AFFA-nın inzibati binasında Maliyyə və Mühasibatlıq Departamenti tərəfindən 1-ci Liqa və 2-ci Liqada çıxış edən klubların maliyyə menecerləri üçün seminar keçirilib.

Mediasport.az xəbər verir ki, seminarda AFFA tərəfindən ayrılan vəsaitin şəffaf xərclənməsi, kənarlaşmalara yol verilməməsi və hesabatların vaxtında təqdim olunması mövzusunda müzakirələr aparılıb.

Eyni zamanda, seminarda maliyyə vəsaitinin xərclənməsinə dair tələb olunan aylıq maliyyə hesabatlarının nümunələri klub nümayəndələrinə təqdim edilib.