"Neftçi"nin qapıçıları xəstəxanada gənc futbolçuya baş çəkiblər
AFFA U-15 Liqasının 15-ci turu çərçivəsində keçirilən “Ulduz Mingəçevir” - “Neftçi” qarşılaşmasında zədələnən “Neftçi”nin qapıçısı Nurəziz Əzizov müalicəsini davam etdirir.
Mediasport.az xəbər verir ki, bu gün əsas komandanın qolkiperləri Aqil Məmmədov, İvan Brkiç və Rza Cəfərov gənc qapıçını ziyarət edib, ona dəstəklərini nümayiş etdiriblər.
Qeyd edək ki, əməliyyat keçirən futbolçu bir neçə günlük müalicə prosesindən sonra qapıçının evə buraxılacaq.