Su poloçularımızın Misir sərgüzəştləri: 1 qızıl, 1 gümüş medal

Su poloçularımızın Misir sərgüzəştləri: 1 qızıl, 1 gümüş medal

Azərbaycanın su polosu üzrə yeniyetmələrdən ibarət müxtəlif yaş qruplarında komandaları Misirin paytaxtı Qahirədə keçirilən klublararası beynəlxalq turnirdə uğurla çıxış ediblər.

mediasport.az xəbər verir ki, 2009-2010-cu il təvəllüdlü idmançılardan ibarət komandamız bütün rəqiblərinə qalib gələrək turnirin qalibi olub.

2008-ci il təvəllüdlü yeniyetmələrdən ibarət komandamız isə yarışın gümüş mükafatını qazanıb.