Andrade oynayıb, komandası final mərhələsinə vəsiqə qazanıb

Andrade oynayıb, komandası final mərhələsinə vəsiqə qazanıb

"Qarabağ"ın yarımmüdafiəçisi Leandro Andrade Kabo-Verde yığmasının heyətində Afrika Millətlər Kubokunun seçmə mərhələsinin son oyununu keçirib.

Mediasport.az xəbər verir ki, futbolçunun komandası səfərdə Toqo millisinin qonağı olub.

Qarşılaşma meydan sahiblərinin qələbəsilə yekunlaşıb - 3:2.

Andrade 64 dəqiqə meydanda olub. Komandası uduzsa da, 2024-cü ilin əvvəlində baş tutacaq Afrika Millətlər Kubokunun final mərhələsinə vəsiqə qazanıb.