"Futbol+" qəzeti 26 yaşında!
Bu gün Azərbaycanın ən köklü mətbu orqanlarından "Futbol+" qəzetinin 26 yaşı tamam olur.
Texnologiyanın sürətlə inkişaf etdiyi və onlayn medianın təşəkkül tapdığı dövrdə daim öz dəsti-xəttini qorumağı bacaran, oxucularını hər zaman maraqlı idman xəbərləri, yazılarla təmin edən qəzetin ilk sayı 1997-ci il oktyabrın 21-də işıq üzü görüb.
Mediasport.az saytının kollektivi adından başda qəzetin baş redaktoru Mahir Rüstəmli olmaqla, bütün yaradıcı heyəti təbrik edir, onlara bol uğur arzulayırıq!