"Qarabağ"ın rəqibi Bakıda "Döyüş meydanı"nı sınaqdan keçirdi - FOTO

"Qarabağ"ın rəqibi Bakıda "Döyüş meydanı"nı sınaqdan keçirdi - FOTO

Sabah UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda "Qarabağ"la qarşılaşacaq "Rakuv" matçın keçiriləcəyi arenada məşqə çıxıb.

MediaSport.az xəbər verir ki, Polşa çempionunun sosial şəbəkə hesabı Bakı Olimpiya Stadionundan çəkilmiş fotolara "Sabahkı döyüş meydanı yoxlanılır" başlığını qoyub.

Qeyd edək ki, görüş Bakı vaxtilə saat 20:00-da başlanacaq. Ağdam klubu ötən həftə Çestoxovada məğlub olub - 2:3.