131 idmançı arasında birincilik uğrunda mübarizəyə start verilir
Bu gün 18 yaşa qədər qızlar və oğlanlar arasında cüdo üzrə Sumqayıt şəhər birinciliyi start götürür.
Mediasport.az xəbər verir ki, yarışın ilk günündə qızlar və oğlanlar arasında 11 çəki dərəcəsində 131 cüdoçu mübarizə aparacaq.
Qızlar arasında -40 kq., -44 kq., -48 kq., -52 kq., -57 kq., -63 kq., -70 kq. və +70 kq. çəkilərdə, oğlanlar arasında isə -46 kq., -50 kq. və -55 kq. çəkilərdə qaliblər bəlli olacaq.