Azərbaycan milli komandasının heyəti açıqlanıb - "Böyük Dəbilqə"

Azərbaycan milli komandasının heyəti açıqlanıb - "Böyük Dəbilqə"

Azərbaycan cüdo millisinin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək “Böyük Dəbilqə” turniri üçün heyəti məlum olub.

Mediasport.az Beynəlxalq Cüdo Federasiyasının (İJF) rəsmi saytına istinadən xəbər verir ki, yarışda 10-u kişi, 4-ü qadın olmaqla 14 idmançımız mübarizə aparacaq.

Kişilərin mübarizəsində Əhməd Yusifov, Rövşən Əliyev (hər ikisi 60 kq), Ruslan Paşayev, Kəramət Hüseynov (hər ikisi 66 kq), İbrahim Əliyev, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi 90 kq), Uşanqi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) mübarizə aparacaqlar.

Qadınlarda isə Leyla Əliyeva (48 kq), Aydan Vəliyeva, Gültac Məmmədəliyeva (hər ikisi 52 kq) və Fidan Əlizadə (57 kq) çıxış edəcəklər.

Xatırladaq ki, “Böyük Dəbilqə” turniri 24-26 oktyabr tarixlərində keçiriləcək.