Elcan Hacıyevdən gümüş medal

Elcan Hacıyevdən gümüş medal

Portuqaliyanın Almada şəhərində keçirilən Qran-pri turnirinin ikinci günündə Azərbaycan cüdoçusu medal qazanıb.

mediasport.az xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan Elcan Hacıyev yarışı gümüş medalla başa vurub.

İdmançı 2022-ci ildə Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən Avropa çempionatında qızıl medal qazanıb.