Azərbaycan çempionatı dekabrın 2-də start götürəcək

Azərbaycan çempionatı dekabrın 2-də start götürəcək

Cüdo üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatı dekabrın 2-də Bakı İdman Sarayında start götürəcək.

mediasport.az xəbər verir ki, 4 gün davam edəcək yarışda 400-ə yaxın cüdoçu 56 medal və çempionluq titulu uğrunda mübarizə aparacaq. Fərdi yarışlar 2-4 dekabrda, komanda yarışları isə 5 dekabrda baş tutacaq.

Yarış hər gün saat 10:00-da başlayacaq, final görüşləri isə saat 16:30-da keçiriləcək. Çempionatı canlı olaraq judo.az saytından izləmək mümkün olacaq.