Şəhanə dünya üçüncüsü oldu
Bakıda keçirilən Para-cüdo üzrə Dünya çempionatının startı Azərbaycan üçün uğurlu alınıb.
mediasport.az xəbər verir ki, ilk gündə təmsilçimiz Şəhanə Hacıyeva bürünc medal qazanıb.
J2 kateqoriyası üzrə -48 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda həlledici dueldə Taypey təmsilçisinə qalib gələrək ölkəmizə mundialın ilk mükafatını qazandırıb.