Azərbaycan cüdoçularının biabırçı çıxışları davam edir - DÇ-2023

Azərbaycan cüdoçularının biabırçı çıxışları davam edir - DÇ-2023

Azərbaycan cüdoçularının Dünya çempionatında tarixi uğursuzluğu, biabırçı çıxışları davam edir.

mediasport.az xəbər verir ki, bu gün daha iki idmançımız Qətərin paytaxtı Dohada keçirilən mundialda medal qazana bilməyib.

90 kq çəkidə yarışan Məmmədəli Mehdiyevlə Murad Fətiyev 1/8 final mərhələsində məğlub olublar.

Daha əvvəl oğlanların yarışında Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Səid Mollayi (81 kq), qızların mübarizəsində isə Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Əliyeva (hər ikisi 52 kq) turniri medalsız başa vurublar.

Ölkəmiz mundialda 13 cüdoçu ilə təmsil olunur. Yarış mayın 14-də yekunlaşacaq.