16-cı tura bu gün yekun vurulacaq: İki qarşılaşma keçiriləcək

16-cı tura bu gün yekun vurulacaq: İki qarşılaşma keçiriləcək

Bu gün Azərbaycan Əvəzedicilər Liqasında 16-cı tura yekun vurulacaq.

Mediasport.az xəbər verir ki, sonuncu oyun günündə 2 qarşılaşma keçiriləcək.

Öncə "Səbail"in əvəzedicilərindən ibarət komanda "Sabah-2"nin qonağı olacaq.

Daha sonra qərb təmsilçisi "Turan-Tovuz-2" Bakıda "Neftçi"nin əvəzediciləri ilə qarşılaşacaq.

Azərbaycan Əvəzedicilər Liqası. 16-cı tur

14:00 "Sabah-2" - "Səbail-2"

15:00 "Neftçi-2" - "Turan-Tovuz-2"