Atası ispan, anası gürcü olan azərbaycanlı bölgə klubunda!

Atası ispan, anası gürcü olan azərbaycanlı bölgə klubunda!

Qış hazırlığını davam etdirən 1-ci Liqa klubu “Karvan” heyətini gücləndirib.

Mediasport.az xəbər verir ki, Yevlax təmsilçisi Nika Çaçaşvili ilə müqavilə bağlayıb.

Atası ispan, anası gürcü olan yarımmüdafiəçi ilə anlaşma mövsümün sonunadək nəzərdə tutulub.

Son olaraq İspaniyanın “Plasensia” klubunda çıxış etmiş Nika “Qəbələ“ Futbol Akademiyasının yetirməsidir.

Bir neçə il “qırmızı-qaralar“ın akademiyasının komandalarında oynamış futbolçu Azərbaycanın yeniyetmələrdən və gənclərdən ibarət yığmalarında forma geyindiyi üçün çempionatda legioner sayılmayacaq.

Hazırda turnir cədvəlində 25 xalla 2-ci pillədə qərarlaşmış aranlılar lider "Qəbələ"dən 4 xal geri qalırlar.