Məşhur qapıçı "Sabah"ın baş məşqçisini küləyə bənzətdi
Rusiyanın ÇSKA klubunun qapıçısı İqor Akinfeyev Vasili Berezutskinin “Sabah”a keçməsini maraqlı formada şərh edib.
Mediasport.az xəbər verir ki, veteran qolkiper yığmadan sabiq komanda yoldaşının Bakını seçməsinə ironiya ilə yanaşıb.
O, Vasilinin əkiz qardaşı, hazırda Moskva "hərbçilər"ində işləyən Alekseyin daha məsuliyyətli olduğunu deyib:
“Vasya" isə külək kimidir. O, bu yaxınlarda müsahibə verəndə Çində hər şeyin gözəl olduğunu demişdi. İki gün sonra isə Azərbaycanda bir klubun baş məşqçisi təyin olundu (gülür)”.
Xatırladaq ki, rusiyalı mütəxəssis 2024-cü ilin noyabrında Çinin "Şanxay Şenxua" klubundan ayrılaraq "Sabah"la 2.5 illik müqavilə bağlayıb.