AKAF yeni layihə hazırlayır

 AKAF yeni layihə hazırlayır

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) daha bir layihəyə üzərində işləyir.

Mediasport.az xəbər verir ki, federasiya ölkəmizdə slalom növünün inkişafı üçün Beynəlxalq Kanoe Federasiyası ilə danışıqlar aparır.

Avarçəkmənin slalom növünün ölkəmizdə inkişaf etdirilməsi yönündə Beynəlxalq Kanoe Federasiyası ilə danışıqlara başlanılıb.

AKAF-ın dəvəti əsasında Beynəlxalq Kanoe Federasiyasının vitse-prezidenti Luis Rabaneda və Qlobal Əməliyyatlar üzrə direktor Siril Nivel ölkəmizə səfər ediblər.

Tərəflər Azərbaycanda avarçəkmənin slalom növünün inkişaf etdirilməsi yönündə fikir mübadilələri aparıb, uyğun meydançanın tikintisi üçün mümkün şərait araşdırılıb.