"Zirə"nin sabiq üzvü karyerasını Premyer Liqada davam etdirəcək
2021-2023-cü illərdə "Zirə"nin heyətində çıxış etmiş Nemanya Ancelkoviçin yeni klubu məlum olub.
Mediasport.az xəbər verir ki, serbiyalı müdafiəçi karyerasını Qazaxıstanda davam etdirəcək.
27 yaşlı balkanlı Premyer Liqa təmsilçisi "Aktobe" ilə müqavilə bağlayıb. Tərəflər arasında anlaşma ilin sonunadək nəzərdə tutulub.
Xatırladaq ki, Ancelkoviç "Zirə"də 55 oyun keçirib.