Bölgə klubu "Neftçi" və "Qarabağ"ın sabiq futbolçusu ilə yollarını ayırdı

Bölgə klubu "Neftçi" və "Qarabağ"ın sabiq futbolçusu ilə yollarını ayırdı

Futbol üzrə Azərbaycan 1-ci Liqasında qış hazırlığını davam etdirən "İmişli" iki futbolçu ilə yollarını ayırıb.

Mediasport.az xəbər verir ki, Aran təmsilçisi Tərlan Quliyev və Bahdur Həziyevlə vidalaşıb.

Premyer Liqa təcrübəsi olan hər iki oyunçu ilə anlaşmaya qarşılıqlı razılıqla xitam verilib.

Azərbaycan millisinin sabiq üzvü olan Tərlan Quliyev "Neftçi" və "Qarabağ"dan başqa "Sumqayıt", "Kəpəz", "Şamaxı" və "Turan Tovuz"da da forma geyinib.

Bahadur Həziyev isə "Şamaxı" və "Səbail"də çıxış edib.

Xatırladaq ki, bölgə klubu çempionatda geridə qalan 11 turdan sonra 21 xalla 3-cü pillədə qərarlaşıb. Lider "Qəbələ"nin 29 xalı var.