Məşhur klub Bakıda futbol məktəbi açdı, "Qarabağ"ın sabiq futbolçusu azərbaycanlılara müraciət etdi
Rusiyanın "Dinamo" futbol klubu Azərbaycanda futbol məktəbi açıb.
Mediasport.az xəbər verir ki, Lev Yaşin rəsmi akademiya Bakı Olimpiya Stadionunun (BOS) ərazisində fəaliyyət göstərir.
Futbol məktəbinin rəsmi açılış mərasimi fevralın 17-18-i təşkil olunacaq. Tədbirdə Moskva klubunun nümayəndələri iştirak edəcəklər.
Akademiya 4-14 yaşlı uşaqlar üçün nəzərdə tutulub.
Ötən mövsüm "Qarabağ"da çıxış etmiş, hazırda Rusiya klubunda oynayan Andrey Lunyov məktəbin sosial şəbəkə hesabı vasitəsilə müraciət edərək azərbaycanlı uşaqları burada məşqlərə yazılmağa çağırıb.