Azərbaycan millisinin sabiq üzvü Qırğızıstan klubunda oynayacaq
Daha bir azərbaycanlı futbolçu karyerasını Qırğızıstanda davam etdirəcək.
Mediasport.az xəbər verir ki, U-21 yığmamızın sabiq üzvü Dmitri Nağıyev Asiya ölkəsinə yollanıb.
Ukraynadan anadan olmuş 30 yaşlı müdafiəçi liderlər qrupunda qərarlaşmış “Muras Yunayted”lə müqavilə bağlayıb.
Dmitri "Qarabağ Vyana", "Dnepr", "Sumqayıt", "Ştumbars", "Dinamo-Avto", "İnqulets", "Obolon", "Minay" komandalarında oynayıb.
Xatırladaq ki, "Zirə"və "Şamaxı"nın sabiq üzvü Ramin Əhmədov bir neçə gün əvvəl Qırğızıstanın "Alay" klubuna keçib.