"Sabah" Özbəkistan millisinin futbolçusu ilə müqavilə bağladı

"Sabah" Özbəkistan millisinin futbolçusu ilə müqavilə bağladı

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Mediasport.az xəbər verir ki, özbəkistanlı futbolçu Umarali Raxmonaliyevin keçidi ilə bağlı Rusiyanın “Rubin” (Kazan) klubu ilə razılıq əldə edilib.

Müqaviləyə əsasən, Raxmonaliyev 1 illik icarə əsasında Masazır təmsilçisinin formasını geyinəcək.

Umarali karyerası ərzində “Rubin”dən başqa Özbəkistanın “Bunedkor” komandasında da çıxış edib.

21 yaşlı yarımmüdafiəçi Özbəkistanın U-23 millisinin üzvüdür.

O, yığmada 16 oyun keçirib, 3 qol vurub.