Budapeştdən 11 medalla qayıtdılar

 Budapeştdən 11 medalla qayıtdılar

Budapeştdə savatın assault və kombat növləri üzrə Macarıstan açıq turniri keçirilib.

Mediasport.az xəbər verir ki, Azərbaycan idmançıları yarışı 11 medalla başa vurub.

Kadetlər arasında Mehman Rəsulla (30 kq) Məhəmməd Rəsul (35 kq, hər ikisi “Mətin” İdman Klubu) birinci yeri tutublar.

Yeniyetmələr idmançılarımızdan Yusif Xəlilzadə (“Mətin” İdman Klubu) qızıl, Ömər Namazovla (hər ikisi 45 kq, “İrəvan” İdman Klubu, Məhərrəm Əliyev (55 kq, “Mətin” İdman Klubu gümüş, Rafael Məmmədov (50 kq, “İrəvan” İdman Klubu) bürünc medal qazanıblar.

Gənclərdə Uğur Quluyev (48 kq, “Mətin” İdman Klubu) birinci, böyüklərdə Beyrək Bağırov (85 kq, “Gədəbəy” İdman Klubu), Sənan Babazadə (+85 kq, “Gəncə” Savat Klubu) və Hikmət Xəlilov (+95 kq, “Bakı” Döyüş Klubu) üçüncü yeri tutublar.

Həmçinin kombat idman növü üzrə böyüklər arasında Tural Baloğlanov (65 kq) kubok döyüşünün qalibi olub.

Qeyd edək ki, turnirdə 15-dən çox ölkədən 350-yə yaxın idmançı iştirak edib.