Azərbaycan idmançılarından Almaniyada daha iki medal
Azərbaycanın güllə atıcısı Vladislav Kalmıkov Almaniyanın Münhen şəhərində keçirilən "2025 H&N" Kubokunda daha bir medal qazanıb.
Mediasport.az xəbər verir ki, təmsilçimiz bu dəfə pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçmada (start-2) 236.0 xal qazanaraq gümüş mükafat əldə edib.
Leyli Əliyeva isə pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışında 213.9 xalla bürünc medala yiyələnib.
Xatırladaq ki, Vladislav Kalmıkov daha əvvəl bürünc mükafat qazanıb.