"Turan Tovuz"un legioner üzvünü Bakıda dəhşətə gətirən problem

"Turan Tovuz"un legioner üzvünü Bakıda dəhşətə gətirən problem

"Azərbaycanda tıxaclar həqiqətən daha pisdir. Heç vaxt Moskvada Bakıda olduğu kimi tıxaclar görməmişəm".

Mediasport.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un rusiyalı qapıçısı İvan Konovalov deyib.

31 yaşlı qolkiper Rusiya mətbuatına açıqlama verib.

O, Bakıda tıxacların dəhşətli olduğunu vurğulayıb:

"Xüsusilə günortadan sonra dəhşətdir. Bilmirəm, insanlar bu vaxt necə harasa gedə bilirlər. Burada taksini buna görə 30 dəqiqə gözləyə bilərsən, sonra isə 40-50 dəqiqə yol gedərsən, halbuki yol tıxac olmadan cəmi 15 dəqiqə çəkir. Şəhərin özü böyük deyil. Amma elə alınır ki, hamı bir prospektdən istifadə edir və o da həmişə tıxacda olur".