"Yaratdığımız qol epizodlarından yararlana bilmədik" - Azər Bağırov

"Yaratdığımız qol epizodlarından yararlana bilmədik" - Azər Bağırov

"Mənim üçün maraqlı oyun oldu. Yaxşı mübarizə apardıq. Əslində, uduzulacaq oyun deyildi".

Mediasport.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Azər Bağırov deyib.

Mütəxəssis Premyer Liqanın 20-ci turunun "Səbail"lə oyununu dəyərləndirib:

"Təəssüflər olsun ki, yaratdığımız qol epizodlarından yararlana bilmədik. Üzücü tərəfi budur. İrəliyə baxmaq lazımdır. Qarşıda 16 tur var. Mübarizə davam edəcək".

Xatırladaq ki, Bayıl klubuna 0:1 hesabı ilə uduzan gəncəlilər turnir cədvəlində sonuncu pilləyə düşüblər.