İspaniyalı məşqçi "Qarabağ"la görüş haqda danışdı: "Qalib gəlib birbaşa 1/8 finala çıxmaq istəyirik"

İspaniyalı məşqçi "Qarabağ"la görüş haqda danışdı: "Qalib gəlib birbaşa 1/8 finala çıxmaq istəyirik"

UEFA Avropa Liqasının əsas mərhələsinin 8-ci turu çərçivəsində "Qarabağ"ı qəbul edəcək Yunanıstanın "Olimpiakos" klubunun baş məşqçisi Xose Luis Mendilibar matç barədə fikirlərini açıqlayıb.

Mediasport.az xəbər verir ki, 64 yaşlı mütəxəssis hədəflərinin birbaşa 1/8 finala vəsiqə qazanmaq olduğunu deyib.

İspaniyalı meydana yalnız bunun üçün çıxacaqlarını qeyd edib:

"Bu 3 xal bizim üçün çox əhəmiyyət kəsb edir. "Qarabağ"la görüşdə öz oyunumuzu nümayiş etdirib məqsədimizə çatmalıyıq. “Qarabağ”a qalib gəlib birbaşa 1/8 finala çıxmaq istəyirik. Hazırlığımızı buna əsasən qurmuşuq".

Qeyd edək ki, qarşılaşma yanvarın 30-dan 31-nə keçən gecə Bakı vaxtilə saat 00:00-da start götürəcək.

7 turdan sonra "Olimpiakos" 12 xalla 12-ci, “Qarabağ” isə 3 xalla 34-cü pillədə qərarlaşıb.