Cüdoçularımız Belçikada ilk yarış günündə 4 medal qazandılar

 Cüdoçularımız Belçikada ilk yarış günündə 4 medal qazandılar

Azərbaycan cüdoçuları Belçika Açıq Turnirinin ilk günündə dörd medal qazanıblar.

Mediasport.az xəbər verir ki, idmançılarımız Vise şəhərində keçirilən beynəlxalq yarışda 1 qızıl, 2 gümüş və 1 bürünc mükafat əldə ediblər.

Murad Muradlı (60 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qadir Hüseynov gümüş, İbrahin Əliyev (hər ikisi 73 kq) isə bürünc medala sahib çıxıb.

İmran Yusifov (+100 kq) isə gümüş mükafat qazanıb.

Azərbaycan bu gün yekun vurulacaq turnirə qadınlar və kişilər arasında 12 çəki dərəsində 27 cüdoçu ilə yollanıb.