Juninyo "Flamenqu"da debüt etdi, komandası yarımfinala yüksəldi
Bir neçə gün əvvəl “Qarabağ”dan “Flamenqu”ya keçən Juninyo Braziliya klubunun heyətində debüt edib.
Mediasport.az xəbər verir ki, hücumçu Quanabara Kubokunun qrup mərhələsinin 5-ci turunun “Volta Redondo” ilə görüşündə meydana çıxıb.
Matça ehtiyatda başlayan 28 yaşlı forvard 60-cı dəqiqədə - komandası 2:0 öndə olarkən Beyni Henrikenin əvəzinə meydana daxil olub.
Rəqibini 2 cavabsız qolla üstələyən Rio təmsilçisi xallarının sayını 7-yə çatdıraraq yarımfinala yüksəlib.
Qeyd edək ki, Juninyo “Flamenqu”ya 5 milyon avro təzminat qarşılığında keçib.