2-ci diviziona yüksələn komandanın çempionluq kuboku oğurlandı - FOTO

2-ci diviziona yüksələn komandanın çempionluq kuboku oğurlandı - FOTO

Türkiyə III Liqasının 3-cü qrupunda çempion olaraq II Diviziona yüksələn "Ağsaray Bələdiyyəspor" futbol klubu xoşagəlməz olayla üzləşib.

mediasport.az xəbər verir ki, komandanın çempionluq kuboku oğurlanıb.

Ağsaray təmsilçisi bununla əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib: “Günlərdir bələdiyyənin girişində nümayiş etdirdiyimiz və göz bəbəyimiz kimi qoruduğumuz kubok yoxa çıxıb. Zəhmət olmasa, görən və ya eşidənlər bizə məlumat versin”.