Avropa çempionatında 2 medal
Türkiyənin Antalya şəhərində keçirilən müxtəlif yaş qrupları arasında şahmat üzrə Avropa çempionatı sona çatıb.
mediasport.az xəbər verir ki, 12 yaşlı oğlanların yarışında Azərbaycan şahmatçısı Əhməd Xaqan 9 oyundan 7 xal toplamaqla gümüş medal qazanıb. Bu kateqoriyada həmyerlimizi yarım xal qabaqlayan polşalı şahmatçı Patrik Cieslak qızıl medalçı olub.
10 yaşlı qızların yarışında Azərbaycan şahmatçısı Leyla Mirzəliyeva isə 7 xal toplamaqla üçüncü yeri tutub və bürünc medala layiq görülüb. Avropa çempionatında ümumilikdə 46 ölkədən 1000-ə yaxın şahmatçı mübarizə aparıb.