İmran Əliyev dünya çempionu oldu, Barxalova bürünc medala yiyələndi
Perunun Lima şəhərində keçirilən atıcılıq üzrə gənclər arasında dünya çempionatında Azərbaycan idmançıları qızıl və bürünc medal qazanıblar.
Mediasport.az xəbər verir ki, İmran Əliyev 50 metr məsafəyə atəşaçmada 552 xalla bütün rəqiblərini qabaqlayaraq birinci olub.
Sofiya Barxalova isə 50 metr məsafə yarışında 535 xal toplayıb və üçüncü yeri tutub.