Əsgərov Serbiya və Polşa klublarının oyununa təyinat alıb
Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman şöbəsinin müdiri İsgəndər Əsgərov Avropa Həndbol Federasiyasından (EHF) növbəti təyinat alıb.
Mediasport.az xəbər verir ki, beynəlxalq dərəcəli nümayəndə qadınlar arasında Avropa Liqasının III mərhələsinin “ZORK Yaqodina” (Serbiya) – “MKS Lublin” (Polşa) oyununda EHF nümayəndəsi olacaq.
Noyabrın 11-də Yaqodinada yerləşən JASSA İdman Zalında təşkil olunacaq görüşü Moldovadan olan hakimlər idarə edəcəklər.