2 klub La Liqaya çıxdı - RƏSMİ

2 klub La Liqaya çıxdı - RƏSMİ

İspaniya La Liqasına vəsiqə qazanan iki komanda məlum olub.

mediasport.az xəbər verir ki, səviyyəcə ikinci liqa - Sequndanın 42-ci tur görüşlərindən sonra “Qranada” və “Las Palmas”ın Primeroya çıxması rəsmiləşib.

Elitaya yüksələcək üçüncü komanda “Levante”, “Alaves”, “Eybar” və “Albasete” kvarteti arasında iyunun əvvəllərində keçiriləcək pley-off qarşılaşmalarından sonra müəyyənləşəcək.