ÇL-də yarımfinal: Madrid "Real"ı "Mançester Siti" ilə "sülh" bağladı

ÇL-də yarımfinal: Madrid "Real"ı "Mançester Siti" ilə "sülh" bağladı

Futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına start verilib.

mediasport.az xəbər verir ki, mərhələninin birinci cütünün ilk görüşü Madriddə keçirilib.

İspaniya nəhəngi, yarışın 14-qat qalibi "Real" doğma "Santyaqo Bernabeu"da iddialı "Mançester Siti"ni qəbul edib. Tərəflər arasında qalib müəyyənləşməyib. Finalçı bir həftə sonra Mançesterdə keçiriləcək cavab qarşılaşmasından sonra məlum olacaq.


UEFA Çempionlar Liqası. 1/2 final. İlk oyun


23:00 Real – Mançester Siti 1:1

Qollar: Vinisius Junior, 36 - Kevin de Brüyne, 67.

Baş hakim: Artur Diaş (Portuqaliya)

İspaniya, Madrid. "Santyaqo Bernabeu" stadionu.

Real: Tibo Kurtua, Dani Karvaxal, David Alaba, Antonio Rüdiger, Eduardo Kamavinqa, Toni Kroos, Luka Modriç, Federiko Valverde, Rodriqo, Kərim Benzema, Vinisius Junior.

Mançester Siti: Ederson Moraeş, Kayl Uolker, Manuel Akanci, Ruben Dias, Con Stounz, Rodri, Bernardo Silva, İlkay Gündoğan, Kevin de Bruyne, Cek Qriliş, Erlinq Haaland.