Mahir Emrelinin komandası Konfrans Liqasında 1/8 finala çıxıb
Futbol üzrə Konfrans Liqasının pley-off mərhələsinə də yekun vurulub.
Mediasport.az xəbər verir ki, cavab matçlarından sonra 8 komanda adını 1/8 finala yazdırıb.
Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi Xorvatiyanın "Dinamo" klubu da raundu keçənlər sırasında yer alıb.
Yığmamızın forvardı zədəli olduğu üçün bu görüşdə də meydana çıxmayıb.
Konfrans Liqası. Pley-off. Cavab oyunları
“Gent” (Belçika) – “Makkabi” (Haifa, İsrail) 1:1 İlk oyun – 0:1
“Ludoqores” (Bolqarıstan) – “Servett” (İsveçrə) 0:1 İlk oyun – 0:0
“Dinamo” (Xorvatiya) – “Betis” (İspaniya) 1:1 İlk oyun – 1:0
“Bude-Qlimt” (Norveç) – “Ayaks” (Niderland) 1:2 İlk oyun – 2:2
“Slovan” (Slovakiya) – “Sturm” (Avstriya) 0:1 İlk oyun – 1:4
“Legiya” (Polşa) – “Molde” (Norveç) 0:3 İlk oyun – 2:3
“Ferensvaroş” (Macarıstan) – “Olimpiakos” (Yunanıstan) 0:1 İlk oyun – 0:1
“Ayntraxt” (Almaniya) – “Yunion” (Belçika) 1:2 İlk oyun – 2:2