UEFA AÇ-də komanda sayını artırmaqdan imtina etdi
UEFA Avropa çempionatında iştirak edəcək komandaların sayını 32-yə çatdırmaq ideyasını müsbət qarşılamayıb.
MediaSport.az xəbər verir ki, Ali futbol qurumu məsələyə baxmaqdan imtinaya edib.
Buna səbə Avropa yayımçılarının 55 komandadan 32-nin çempionata getdiyi təsnifat mərhələsinin tamaşaçılar üçün maraqlı olmadığını və onun nəticələrinin proqnozlaşdırıla biləcəyini hesab edən mövqeyi olub.
Bundan əvvəl UEFA 2028-ci ildən etibarən turnirin final hissəsinin formatını dəyişdirərək iştirakçıların sayını 32 komandaya çatdırmağı nəzərdə tuturdu. 2016-cı ildə Avropa çempionatında komandaların sayı artıq 16-dan 24-ə yüksəlib.
Noyabrda UEFA İcraiyyə Komitəsində bununla bağlı yekun rəsmi qərar veriləcək.