Fransa Avropa çempionatında bu heyətlə mübarizə aparacaq

 Fransa Avropa çempionatında bu heyətlə mübarizə aparacaq

Futbol üzrə Avropa çempionatının əsas favoritlərindən Fransa milli komandasının yekun heyəti müəyyənləşib.

Mediasport.az xəbər verir ki, baş məşqçi Didye Deşam son siyahıya 26 futbolçunun adını daxil edib.

"Xoruzlar" qitə birinciliyinin D qrupunda Niderland, Avstriya və Polşa kollektivləri ilə mübarizə aparacaqlar.

Qapıçılar: Alfons Areola ("Vest Hem", İngiltərə), Mayk Menyan ("Milan", İtaliya), Bris Samba ("Lans");

Müdafiəçilər: Jül Kunde ("Barselona", İspaniya), Jonatan Kloss ("Marsel"), Benjamin Pavar ("İnter", İtaliya), İbrahima Konate ("Liverpul", İngiltərə), Vilyam Saliba ("Arsenal", İngiltərə), Dayo Upamekano ("Bavariya", Almaniya), Teo Hernandes ("Milan", İtaliya), Ferlan Mendi ("Real" M., İspaniya);

Yarımmüdafiəçilər: Yussuf Fofana ("Monako"), Adrien Rabyö "(Yuventus", İtaliya), Varren Zair-Emeri (PSJ), Orelyen Çuameni ("Real" M., İspaniya), Antuan Qrizmann ("Atletiko" M., İspaniya), Nqolo Kante ("Əl-İttihad", Səudiyyə Ərəbistanı), Eduardo Kamavinqa ("Real" M., İspaniya);

Hücumçular: Bredli Barkola, Usman Dembele, Kilian Mbappe, Randal Kolo-Muani (hamısı PSJ), Kinqsli Koman ("Bavariya", Almaniya), Olivye Jiru ("Los-Anceles", ABŞ), Markus Türam ("İnter", İtaliya).