Finalda Xorvatiya - İspaniya dueli olacaq - VİDEO: UEFA Millətlər Liqası

Finalda Xorvatiya - İspaniya dueli olacaq - VİDEO: UEFA Millətlər Liqası

Futbol üzrə UEFA Millətlər Liqasının ikinci finalçısı da məlum olub.

mediasport.az xəbər verir ki, İspaniya yğması İtaliyaya qalib gələrək Xorvatiya seçməsinə rəqib olub.

Niderlandda təşkil olunmuş mərhələnin final matçı iyunun 18-də keçiriləcək. Matç Bakı vaxtilə saat 22:45-də başlanacaq.

Bürünc medal uğrunda görüşdə isə İtaliya Niderlandla qarşılaşacaq.


UEFA Millətlər Liqası. "Dördlər finalı". Yarımfinal


İspaniya - İtaliya 2:1

Qollar: Yerri Pino, 3, Xoselu, 88 - Çiro İmmobile, 11-pen.

Baş hakim: Slavko Vinçiç (Serbiya)

Niderland, Enshede. "De Qrolş Veste" stadionu.