4-qat Avropa çempionumuz liderliyini qoruyub - REYTİNQ
Beynəlxalq Cüdo Federasiyası yeni dünya reytinqini açıqlayıb.
Mediasport.az xəbər verir ki, Azərbaycan təmsilçilərinin mövqelərində dəyişiklik olub.
Aktivində 6798 xal olan 4-qat Avropa çempionu Hidayət Heydərov (73 kq) öz çəkisində liderliyini qoruyub.
Balabəy Ağayev (60 kq), Zelim Tçkayev (81 kq) və Zelim Kotsoyev (100 kq) öz çəki dərəcələri üzrə 5-ci, Yaşar Nəcəfov (66 kq) 7-ci, Murad Fətiyevlə (90 kiloqram) Səid Mollayi (81 kiloqram) isə 11-ci pillədə qərarlaşıblar.
Qadın cüdoçulardan isə ən yaxşı nəticə Leyla Əliyeva (48 kq) ilə Gültac Məmmədəliyevaya (52 kq) məxsusdur - 16-cı yer.
Açelya Toprak (57 kiloqram) 23-cü sırada yer alıb.