AÇ: Daha 5 cüdoçumuz medallar uğrunda mübarizəyə start verəcək
Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatı davam edir.
Mediasport.az xəbər verir ki, qızlardan Vüsalə Hacıyeva, Aysun Məmmədova (hər ikisi 52 kq), Aytən Verdiyeva (57 kq), oğlanlardan isə Səlim Soltanov (66 kq) və Cəsur İbadlı (73 kq) mübarizəyə qoşulacaqlar.
Xatırladaq ki, Azərbaycan yığması fərdi yarışda 19 idmançı ilə təmsil olunur. Dünən 9 cüdoçudan ikisi medal qazanıb. Bahadır Feyzullayev qızıl, Məhəmmədəli Hüsiyev (hər ikisi 50 kq) bürünc mükafata yiyələnib.
Avropa çempionatı
52 kq
Vüsalə Hacıyeva - Keyt Çisholm (Böyük Britaniya)
Aysun Məmmədova - Yanka Yuttner (Macarıstan)
57 kq
Aytən Verdiyeva - Ameli Skerbova (Çexiya)
66 kq
Səlim Soltanov - Samuel Brisuda (Slovakiya)
73 kq
Cəsur İbadlı - Burak Şengür (Türkiyə) - Midas Van Huiyste (Niderland) cütünün qalibi