Millimiz Avropa Kubokunda komanda hesabında üçüncü olub

Millimiz Avropa Kubokunda komanda hesabında üçüncü olub

Azərbaycanın veteran cüdoçuları Latviyanın paytaxtı Riqa şəhərində keçirilən Avropa Kubokunda uğurla çıxış ediblər.

Mediasport.az xəbər verir ki, idmançılarımız yarışda 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.

Azərbaycan cüdoçuları medal əyarına görə ümumi hesabda və kişilər arasında 3-cü yeri tutub.


M1 yaş kateqoriyası . -100 kq. 

İmran İmanov - qızıl medal

M2 yaş kateqoriyası. -81 kq. 

Vüqar Əliyev - bürünc medal

-90 kq. 

İlham Heydərov - 5-ci yer

M4 yaş kateqoriyası . -90 kq.

Mahir Ağamirzəyev - bürünc medal

+100 kq.

Zaur Bağırov - qızıl medal

M7 yaş kateqoriyası. -90 kq. 

Nazim Əliyev - gümüş medal