"Böyük Dəbilqə"də uğursuzluq: 9 cüdoçumuzdan yalnız 2 "gümüş"

"Böyük Dəbilqə"də uğursuzluq: 9 cüdoçumuzdan yalnız 2 "gümüş"

Türkiyənin Antalya şəhərində keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirinə yekun vurulub.

Mediasport.az xəbər verir ki, yarışın son günündə Azərbaycanın daha üç idmançısı qüvvəsini sınayıb.

Təmsilçilərimiz iki çəki dərəcəsində tatamiyə çıxıblar.

90 kq-da yarışan Vüqar Talıbov finala qədər irəliləsə də, həlledici dueldə məğlub olaraq gümüş medal qazanıb.

+100 kq-da mübarizə aparan Camal Qamzatxanov 1/8 finalda Şoxruxxon Baxtiyorova (Özbəkistan) məğlub olub, Uşangi Kokauri isə bu raundda Erik Abramova (Almaniya) uduzaraq medalsız qalıb.

Beləliklə, Azərbaycan 9 kişi cüdoçu ilə qatıldığı yarışı 2 medalla başa vurub.

Daha əvvəl Rəşid Məmmədəliyev (73 kq) gümüş medal əldə edib.